Xətaidə pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb

Xətaidə pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.
Hadisə
31 dekabr 2023 16:54
Xətaidə pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb

Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir

Son xəbərlər

Orphus sistemi