Xəstəxanaya müayinəyə gələn şəxs öldü

Xəstəxanaya müayinəyə gələn şəxs öldü Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
Hadisə
25 Sentyabr , 2020 10:43
Xəstəxanaya müayinəyə gələn şəxs öldü

Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, Kürqaraqaşlı kənd sakini Süleymanov Rəhman Qəhrəman oğlu müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki skamyaların birində oturan zaman anidən halı pisləşib və yerə yıxılıb.

Ona ilkin tibbi yardım göstərilənədək dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparıır.

Son xəbərlər

Orphus sistemi