Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəməsində həkim dindirilib

Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəməsində həkim dindirilib Məhkəmənin növbəti iclası iyunun 26-na təyin edilib
Hadisə
12 İyun , 2018 17:23
Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəməsində həkim dindirilib

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Füzuli Məmmədov ifadə verib.

O, Uşaq Nevroloji Xəstəxanasında həkim işlədiyini bildirib. Füzili Məmmədov bildirib ki, M.Şəmsiyevdən 300 min manata ev alıb.

Məhkəmə ondan "o pul sizdə hardan idi?" sualını verib.

F.Məmmədov isə Uşaq Nevroloji Xəstəxanasından başqa, özəl xəstəxanaların birində də çalışdığını deyib: "İşlə bağlı başım qarışıq olduğuna görə sənədləşmə işləri ilə özüm məşğul olmamışam".

Hakim deyib ki, zərərçəkmişlər ifadələrində həmin evin heç kəsə satılmadığını, onun M.Şəmsiyevə məxsus olduğunu söyləyiblər: "Onlar tələb edirlər ki, həmin ev satılıb, zərərçəkmişlərin arasında bölünməlidir".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin həyat yoldaşı həkimin evində qeydiyyatdadır.

M.Şəmsiyev isə bu barədə ilk dəfə eşitdiyini deyib: "Həyat yoldaşımla boşanmışam".

Məhkəmənin növbəti iclası iyunun 26-na təyin edilib. 

Qeyd edək ki, M.Şəmsiyev həmçinin xalq şairi Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı da, təxminən, 4 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Zərərşəkmişlərin şikayəti əsasında həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi