Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı pa
Hadisə
1 Aprel , 2024 10:05
Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaraatan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin, martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi