Xankəndidə daha 27 silah tapılıb

Xankəndidə daha 27 silah tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar
Hadisə
21 Fevral , 2024 10:13
Xankəndidə daha 27 silah tapılıb

Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi