Xaçmazın iki qəsəbəsində evləri su basıb

Xaçmazın iki qəsəbəsində evləri su basıb İntensiv yağışlar Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qoyub.
Hadisə
14 dekabr 2023 12:34
Xaçmazın iki qəsəbəsində evləri su basıb

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Orphus sistemi