Xaçmazda yük maşını ağaca çırpılıb: sürücü xəsarət alıb

Xaçmazda yük maşını ağaca çırpılıb: sürücü xəsarət alıb Hadisə Xudat şəhərində qeydə alınıb
Hadisə
3 Noyabr , 2015 02:54
Xaçmazda yük maşını ağaca çırpılıb: sürücü xəsarət alıb

Bakı. 03 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Xudat şəhərində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:58-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi