Xaçmazda ağır yol qəzasında 6 nəfər xəsarət alıb

Xaçmazda ağır yol qəzasında 6 nəfər xəsarət alıb Xaçmazda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
605
12 Noyabr , 2021 02:06
Xaçmazda ağır yol qəzasında 6 nəfər xəsarət alıb

Xaçmazda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində olub.

Qusarçay kəndindən Yeni Həyat qəsəbəsinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 2001-ci il təvəllüdlü Sadıyev Nurlan Nadir oğlu, 2000-ci il təvəllüdlü Xasanov Emin Qasım oğlu, 1994-cü il təvəllüdlü Rüstəmov Camaləddin Tofiq oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Sərkər Şücaəddin oğlu, 1977-ci il təvəllüdlü Sərkərova Natella Nağı qızı və Kikuladze Bayram Sərvər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi