Xaçmazda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb

Xaçmazda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb ​Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Sentyabr , 2016 12:49
Xaçmazda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb

Xaçmaz. 29 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini İlkin Malik oğlu Həsənov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirib və avtomobil Qımılqışlaq kənd sakini 1960-cı il təvəllüdlü Səməndər Sədulla oğlu Bağırovun idarə etdiyi, 38-BD-178 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan "VAZ-2106"-nın içərisindən sürücü çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Bədənin müxtəlif nahiyələrindən xəsarətlər alan S.Bağırovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən "Hyundai" markalı avtomobilin sürücüsü İ.Həsənov avtomobilin dövlət nömrə nişanlarını çıxarıb və hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi