Xaçmazda yol qəzası olub, xəsarət alanlar var

Xaçmazda yol qəzası olub, xəsarət alanlar var Xaçmaz rayonunda ağır yol qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Xaçmazdan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Shacman" və "Ford" markalı avtomobillər toqquşub. Qəz
Hadisə
7 sentyabr 2022 12:39
Xaçmazda yol qəzası olub, xəsarət alanlar var

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Xaçmazdan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Shacman" və "Ford" markalı avtomobillər toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü İlqar Naibxan oğlu Orucov,
1989-cu il təvəlludlü Emil Əlövsət oğlu Bədəlov və 1989-cu il təvəllüdlü Şahin Şahmurad oğlu İskəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi