Yuxarı

Xaçmazda iki maşının toqquşması nəticəsində 6 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Onlardan ikisinin vəziyyəti ağırdır

Xaçmaz. 5 iyul. REPORT.AZ/ Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 28-ci km-də "Opel" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb.

Bunlar Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsinin sakinləri - 1999-cu il təvəllüdlü Mehtiyev Saleh Elman oğlu (diaqnoz: qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alkoqol sərxoşluğu), 1999-cu il təvəllüdlü Fərəməzov Samir Ənvər oğlu (Alın nahiyəsinin cırılmış yaraları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası), 1999-cu il təvəllüdlü Məmmədov İbrahim Ələzi oğlu (Təpə nahiyəsinin əzilməsi), 1994-cü il təvəllüdlü Sultalıyev Murad Şakir oğlu (Döş qəfəsinin əzilməsi), 1998-ci il təvəllüdlü Adıgözəlov Pərviz Azər oğlu (Travma izləri məlum edilməyib) və 1955-ci il təvəllüdlü Şirvan rayon sakini Vəliyev Rəşid Güllər oğludur (Sol diz oynağının əzilməsi, alkoqol sərxoşluğu).

Vəliyev Rəşid "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edib. Hazırda yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin məlumatına görə, Saleh Mehtiyev və Samir Fərəməzovun vəziyyəti ağırdır.

*** 02:14

Axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 28-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə "Opel" markalı minik avtomobilinin "Mercedes"lə toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində 5 nəfər yaralanıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri "Opel"in sürücüsü, 1994-cü il təvəllüdlü Xaçmaz rayon sakini Murad Sultalıyevdir. Digərlərinin adları hələ ki, məlum deyil.

Hadisə yerinə Xaçmaz rayon polisinin əməkdaşları cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi