Xaçmazda "QAZel" qəzaya düşüb, iki nəfər yaralanıb

Xaçmazda "QAZel" qəzaya düşüb, iki nəfər yaralanıb Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır
Hadisə
5 İyul , 2017 09:35
Xaçmazda QAZel qəzaya düşüb, iki nəfər yaralanıb
Report

Xaçmaz. 5 iyul. REPORT.AZ/ Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə zamanı Samux rayonunun Bağmanlar kənd sakini 1994-cü il təvəllüdlü Xanlarov Qalib İskəndər oğlu və Kürdəmir rayonunun Yenikənd kənd sakini 1989-cü il təvəllüdlü Eminov Eyyub Zəkəriyyə oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Yaralanan şəxslər hadisə zamanı "QAZel" markalı yük avtomobilində olub. Onların sözlərinə görə, Nərəcan yolunda "QAZel" qarşıdan gələn "Prado" arkalı avtomobillə toqquşmamaq üçün yoldan çıxıb. Bu zaman "QAZel"in təkərinin partlaması səbəbindən qəzaya uğrayıblar.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi