Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB

Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər 08:30 radələrində repetiror yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
Hadisə
13 aprel 2025 01:56
Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb. 

Bu barədə "Report"a DİN-nin Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.

12.04.2025.22:58

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər saat 08:30 radələrində repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan “Report”a bildirilib ki, onun barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Orphus sistemi