Xaçmazda yanğınla nəticələnmiş yol qəzası baş verib

Xaçmazda yanğınla nəticələnmiş yol qəzası baş verib “VAZ” avtomobili ilə motosiklet toqquşub
Hadisə
29 Yanvar , 2017 00:08
Xaçmazda yanğınla nəticələnmiş yol qəzası baş verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Xaçmaz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, “VAZ-2106” markalı minik avtomobili ilə “URAL” markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində motosikletin yanar hissələri yanıb. Minik avtomobili yanğından mühafizə olunub.

Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi