Xaçmazda xuliqanlıq etməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Xaçmazda xuliqanlıq etməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
13 Oktyabr , 2016 09:22
Xaçmazda xuliqanlıq etməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etməkdə və xuliqanlıqda təqsirləndirilən Tərlan Əsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Əsədovun apellyasiya şikayətləri qismən təmin edilb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan onun barəsində həmin maddə üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib. T.Əsədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 1980-cı il tarixdə Xaçmaz rayon sakini T.Əsədov 2015-ci il oktyabrın 11-də sərxoş vəziyyətdə, Gəndob Yalama yolunun Xaçmaz rayonu Qusar-çay kəndi ərazisindən keçən 39-cu km-də magistral yola çıxaraq Hüseynov Fəxrəddin Hüseynbala oğlunun idarə etdiyi “Honda CRV” markalı, 90-LE- 886 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq, onu saxlatdırıb. Daha sonra o, F.Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək, kənar şəxslərin gözü qarşısında, ictimai qaydanı kobud surətdə pozub. Bundan başqa, T.Əsədov özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, onun idarə etdiyi avtomobilin qarşı və sol yan tərəfini təpik və yumruqla vurub əzməklə zərərçəkmişə 150 manat ziyan vurub. Xuliqanlıq hərəkətlərini davam etdirən T.Əsədov yolun əks istiqamətində hərəkətdə olan Avçixanov Avçixan Əmirbəy oğlunun idarə etdiyi “Mazda 6” markalı M 238 MY 777 qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb dayandırdıqdan sonra sürücünün ünvanına nalayiq söyüşlər söyüb. O, həmin avtomobilin alın şüşəsini sındırıb qarşı və dam hissəsini təpiklə vuraraq əzib. T.Əsədov zərərçəkmişə xeyli miqdarda yəni, 2225 manat məbləğində ziyan vurmaqla yerdən götürdüyü silah qismində istifadə etdiyi şüşə parçasını nümayiş etdirməklə ona hədə-qoxru gəlməklə xuliqanlıq edib.

T.Əsədov hadisə zamanı ora gələn Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının yol patrul xidməti inspektoru polis baş serjantı Əliyev Cahangir Eldar oğlunu da yumruqla vurub.

O, CM-nin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikd) maddələri ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi