Xaçmazda xalası oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Xaçmazda xalası oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib
Hadisə
7 Noyabr , 2016 13:14
Xaçmazda xalası oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Elmar Təmirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi bu il Xaçmazda qeydə alınıb. 20 yaşlı E.Təmirov öz xalası oğlu 24 yaşlı Kamran Hacıbalayevə bıçaqla xəsarət yetirib. Zərərçəkən xalası oğlunun onu xalasının təhriki ilə bıçaqladığını deyib.

Hadisəni törətmiş E.Təmirov dərhal saxlanılıb. Saxlanılan şəxs əməlindən heç də peşman olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi