Xaçmazda təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar edilib

Xaçmazda təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar edilib Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
6 Dekabr , 2018 00:38
Xaçmazda təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar edilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində partlamamış hərbi sursat tapılıb.

“Report” xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hədəf simulyatorunun tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi