Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO

Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır.
Hadisə
15 Avqust , 2019 11:03
Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO

Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar. 

Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin qadının yaxınları axtarılır.

Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi