Xaçmazda tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Xaçmazda tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
8 Dekabr , 2017 13:03
Xaçmazda tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını araq butulkası ilə öldürməkdə təqsirləndirilən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Xaçmaz rayonunda baş verib. Rayonda fəhlə kimi çalışan S.İsmayılov kafeyə gəlib və tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Daha sonra Ə.Əzizli spirtli içkinin təsirindən S.İsmayılova nalayiq ifadələr işlədib. S.İsmayılov da masanın üstündə olan 0.7 litrlik araq butulkasını Ə.Əzizlinin başına çırpıb. Ə.Əzizli aldığı zərbədən xəsarətlər alıb. O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib və üç gün sonra ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi