Xaçmazda sərnişin daşıyan sürücü məsuliyyətə cəlb olundu

Xaçmazda sərnişin daşıyan sürücü məsuliyyətə cəlb olundu Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəsüflər olsun ki, hələ də qayda pozuntusuna yol
Hadisə
2007
16 Avqust , 2020 16:10
Xaçmazda sərnişin daşıyan sürücü məsuliyyətə cəlb olundu

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəsüflər olsun ki, hələ də qayda pozuntusuna yol verən şəxslər var.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərasizində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və törətdiyi qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin barəsində qanunauyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi