Xaçmazda şadlıq sarayının şüşəsini qıran şəxs xəsarət alıb

Xaçmazda şadlıq sarayının şüşəsini qıran şəxs xəsarət alıb Xaçmaz şəhərində keçirilən toy mərasimlərindən biri zamanı insident baş verib.
Hadisə
28 Avqust , 2019 00:43
Xaçmazda şadlıq sarayının şüşəsini qıran şəxs xəsarət alıb
Report.az

Xaçmaz şəhərində keçirilən toy mərasimlərindən biri zamanı insident baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabran rayonunun 1986-cı il təvəllüdlü Qazbabalı kənd sakini İslam Zəbulla oğlu Əliyev axşam saatlarında toyda iştirak edərkən, əsəbiləşərək əlini şadlıq sarayının pəncərəsinə çırpıb.

Nəticədə İ.Əliyev xəsarətlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona, "sağ saidin ön hissəsinin çoxsaylı kəsilmiş yaraları, venoz qanaxması. Alkoqol sərxoşluğu" diaqnozu qoyulub.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti orta qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi