Xaçmazda qəza: ölən və yaralananlar var

Xaçmazda qəza: ölən və yaralananlar var Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
181
22 İyun , 2020 13:04
Xaçmazda qəza: ölən və yaralananlar var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 20-də saat 16 radələrində Mürşüdoba kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini B.Məmmədovun idarə etdiyi “Renault” və kənd sakini Zakir Pirverdiyevin idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Pirverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi