​Xaçmazda qətl törətməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

​Xaçmazda qətl törətməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq
Hadisə
17 Avqust , 2016 09:42
​Xaçmazda qətl törətməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 17 avqust. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Nazim Zəkərayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası avqustun 18-nə təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Radik Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

Bu il ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov ömürlük, N.Zəkəriyyəyev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N.Zəkəriyyəyev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi