Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu

Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu ​​​​​​​Xaçmazda qaynını güllələyərək öldürməyə cəhddə təqsirləndirilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
9 Mart , 2021 09:37
Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qaynını güllələyərək öldürməyə cəhddə təqsirləndirilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il Xaçmazın rayonunun Ağtala kəndində baş verib.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini F.Quliyev həyat yoldaşı ilə mübahisə edib. Səs-küyə gələn qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib. Bundan daha da əsəbləşən F.Quliyev onu öldürəcəyi ilə hədələyib. O, bir neçə saat sonra ov tüfəngindən atəş açaraq Murad Allahverdiyevə həyat üçün təhlükəli olan xəsarət yetirib.

Son xəbərlər

Orphus sistemi