Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb - FOTO

Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Noyabr , 2015 18:06
Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb - FOTO

Bakı. 13 noyabr. REPORT.AZ/  Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb. "Report" xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisndə baş verib. 
Belə ki, ekskavatorun sürücüsü Çarxı kənd sakini 38 yaşlı Ələsgər Musayev kəndin ərazisndə dayanan qatardan yük boşaldmaq üçün ona yaxınlaşıb. Ekskavatorun çömçəsi ilə yükü qaldırıb və ehtiyatsızlıqdan ağır məişət tullantıları ilə dolu olan çömçəni ekskavatorun üstünə töküb. Ağır tikinti materiallarından ibarət tullantıların altında qalan Ə.Musayev aldığı xəsarətlər səbəbi ilə hadisə yerində ölüb. 

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi