Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
Hadisə
26 Dekabr , 2020 09:18
Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

E.Səfiyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi