Xaçmazda motosikletlə avtomobil toqquşub

Xaçmazda motosikletlə avtomobil toqquşub Xaçmazda motosikletlə qadının idarə etdiyi avtomobil toqquşub.
Hadisə
22 İyun , 2019 16:07
Xaçmazda motosikletlə avtomobil toqquşub

Xaçmazda motosikletlə qadının idarə etdiyi avtomobil toqquşub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Çaxçaxlı kəndi ərazisində Yeni Həyat kənd sakini 1986-cı il təvəllüdlü İmran Nizami oğlu Əliyev idarə etdiyi motosikletlə minik avtomobilinə çırpılıb. Nəticədə İmran Əliyev çoxsaylı sınıq və digər xəsarət aldığı üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, İmran Əliyevin müalicəsinin davam etdirilməsi və əməliyyat olunması üçün Bakıya göndəriləcək. 

Hadisə şahidlərinin sözlərinə görə, minik avtomobilinin sürücüsü qadın olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi