Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Mart , 2024 17:23
Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatina gorə, "VAZ-2107" və "VAZ-21010"markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, Xaçmaz rayonu Moruqoba kənd sakini 1986-cı il təvəllüdlü Novruzov Vitaliy Raufoviç, 1981-ci il təvəllüdlü Xudat şəhər sakini, Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi