Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 iyun 2020 19:05
Xaçmazda minik avtomobilləri toqquşdu, xəsarət alanlar var

Xaçmaz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Bakı yolunun Qobuqırağı bələdiyyəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “VAZ 21012” markalı minik avtomobilləri toqquşub. 

Nəticədə, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda ilkin tibbi yardım göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi