Xaçmazda məktəb yanıb

Xaçmazda məktəb yanıb Hadisə Sibiroba kəndində qeydə alınıb
Hadisə
8 Oktyabr , 2015 00:37
Xaçmazda məktəb yanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Xaçmazın ən ucqar yaşayış məntəqələrindən biri hesab olunan Sibiroba kəndində bu gecə ibtidai məktəbdə yanğın baş verib.“Report”un məlumatına görə, hadisəyə səbəb elektik naqillərinin qapanması olub.

Yanğını ilk olaraq görən kənd sakini Sahib Məmmədov direktora xəbər verib. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Məktəbə xeyli ziyan dəyib.

Xaçmaz Təhsil Şöbəsinin rəhbəri Mədinə Nurməmmədova hadisəni araşdırmaq üçün kəndə nümayəndə göndərib.

Son xəbərlər

Orphus sistemi