Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub

Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub Xaçmaz sakini pilləkəndən yıxılaraq ölüb.
Hadisə
15 fevral 2022 17:25
Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub

Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub.

"Report"un şimal bürosunun əldə etdiyi məlumata görə, o, Xaçmazın Köhnə Xaçmaz kənd sakini, 1974-cü il təvəllüdlü Səhman Habil oğlu Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

20:30

Xaçmaz sakini pilləkəndən yıxılaraq ölüb.

"Report"un şimal bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan 35-40 yaşlarında kişi "Məkan" adlanan ikimərtəbəli kafedən çıxarkən ehtiyatsızlıqdan yıxılıb və ağır xəsarətlər alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası gəlsə də, onun həyatını xilas etmək olmayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi