Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.
Xaçmazda meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, meyiti tapılan şəxs Xaçmaz rayon Müşkür kənd sakini, 1967-ci il təvəllüdlü Rzayev Qərib Əkbər oğludur.
Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda naməlum kişi meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, meyit rayon ərazisində kafenin yaxınlığında aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.