Xaçmaz. 30 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda naməlum kişi meyiti tapılıb. "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarında aşkar edilib. Kənd sakinlərinin məlumatı əsasında Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə gətirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Xaçmazda kişi meyiti tapılıb
Hadisə
30 iyun 2016
06:04


Son xəbərlər
13:42
Ukraynanın Təhlükəsizlik Xidmətinin polkovnikini öldürən Rusiya agentləri zərərsizləşdirilibDigər ölkələr13:30
Ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - YENİLƏNİBElm və təhsil