
Bakı. 11 fevral. REPORT.AZ/ Xaçmaz rayonunda əvvəllər məhkum olunan şəxsdən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumatda bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum olunan S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.
News Department
Xəbərin müəllifi