Xaçmazda keçmiş məhkum evə basqın edib

Xaçmazda keçmiş məhkum evə basqın edib Xaçmaz rayonunda quldurluq hadisəsi baş verib.
Hadisə
8 noyabr 2019 09:20
Xaçmazda keçmiş məhkum evə basqın edib

Xaçmaz rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"un Şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayonu ərazisində baş verən quldurluq hadisəsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girən maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

Orphus sistemi