Xaçmazda karantin rejimini pozan çayxana aşkar edilib
Hadisə
- 09 yanvar, 2021
- 06:17
Xaçmaz rayonunda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ.Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.
Xaçmazda karantin rejimini pozan çayxana aşkar edilib
Son xəbərlər
03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37