Xaçmazda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb - YENİLƏNİB
- 11 iyun, 2023
- 08:48
Samur-Abşeron kanalının Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
“Report”un Şimal bürosu xəbər verir ki, kənd sakini 2013-cü il təvəllüdlü, 4-cü sinif şagirdi Məhəmməd Elsəvər oğlu həmyaşıdları ilə kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan kanala düşüb.
İlkin olaraq FHN-nin Xaçmaz Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Məhəmməd Elsəvər oğlunun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.
12:06
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.