Xaçmazda insan istehlakı üçün yararsız ət aşkarlanıb

Xaçmazda insan istehlakı üçün yararsız ət aşkarlanıb Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir keçiriblər.
Hadisə
27 Sentyabr , 2019 15:32
Xaçmazda insan istehlakı üçün yararsız ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir keçiriblər.

AQTA-dan "Report"a verilən məlumata görə, Xaçmaz rayon sakini Nicəsur Mövsümə məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkarlanaraq götürülüb. 

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi