Xaçmazda 22 və 23 yaşlı iki nəfər bıçaqlanıb

Xaçmazda 22 və 23 yaşlı iki nəfər bıçaqlanıb Yaralılar xəstəxanaya yerləşdirilib
Hadisə
20 Avqust , 2016 01:23
Xaçmazda 22 və 23 yaşlı iki nəfər bıçaqlanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Gecə saatlarında Xaçmaz rayonunda iki nəfər bıçaqlanıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, Xaçmaz şəhər sakini 1994–cü il təvəllüdlü Məmmədov Tərxan Oqtay oğlu və 1993-cü il təvəllüdlü Zülfüqarov Elşad Əmrah oğlu xəstəxanaya bud nahiyələrindən bir neçə bıçaq yarası ilə daxil olub.

Zərərçəkənlər xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hadisə ilə bağlı Xaçmaz rayon Polis şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi