Xaçmazda iki il əvvəl görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, ötən gün Xaçmaz rayonunda iki il əvvəl baş verən cinayətin üstü açılıb.
2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, 59 yaşlı gözdən əlil Gülxar Cahangirovanın rayonun Xaspoladoba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək kənd yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.
Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.