Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub

Hadisə
  • 03 noyabr, 2023
  • 05:53
Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub

Xaçmaz rayonunda iki gün əvvəl yaşadığı evdə meyiti tapılan Mafizə Şirinbalayevanın öldürüldüyü məlum olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.