Xaçmazda ictimai nəqliyyatda qaydaları pozanlar cərimələnib

Xaçmazda ictimai nəqliyyatda qaydaları pozanlar cərimələnib Xaçmaz rayonunda ictimai nəqliyyatda qaydalara riayət etməyənlər cərimələnib.
Hadisə
25 Oktyabr , 2021 12:06
Xaçmazda ictimai nəqliyyatda qaydaları pozanlar cərimələnib

Xaçmaz rayonunda ictimai nəqliyyatda qaydalara riayət etməyənlər cərimələnib.

"Report"un Şimal bürosunun məlumatına görə, koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Xaçmazda ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Növbəti belə tədbir bu gün Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Həmçinin, reyd zamanı sərnişin daşınması ilə məşğul olan sürücülərdən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunub. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi