Yuxarı
    Bağlamaq

    ​Xaçmazda ev yanıb

    130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları yanıb

    Bakı. 3 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xaspoladoba kəndində qeydə alınıb.

    Kənddə vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları 70 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. 

    Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi