Xaçmazda ərini qətlə yetirən qadının cinayət işi məhkəməyə göndərilib

Xaçmazda ərini qətlə yetirən qadının cinayət işi məhkəməyə göndərilib Bakı. 19 fevral. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
19 Fevral , 2019 09:35
Xaçmazda ərini qətlə yetirən qadının cinayət işi məhkəməyə göndərilib

Bakı. 19 fevral. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi