Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüb.
"Report"un şimal bürosunun məlumatına görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan öğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.