Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib

Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib.
Hadisə
18 Mart , 2022 11:37
Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib

Xaçmazda əcnəbi vətəndaş bıçaqla hədələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi