Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb

Hadisə
  • 19 aprel, 2025
  • 09:26
Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb

Xaçmaz rayonunda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, 15 yaşlı Bağırov Elçin Elman oğlunun meyiti şəhər saatlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E.Bağırov rayonun Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Onun 15 yaşı aprelin 17-də tamam olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti