Xaçmazda baş verən yanğın söndürülüb

Xaçmazda baş verən yanğın söndürülüb Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.
Hadisə
18 İyun , 2021 14:40
Xaçmazda baş verən yanğın söndürülüb

Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, FHN-in əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi