Yuxarı

Xaçmazda baş verən yanğın nəticəsində bir nəfər ölüb - YENİLƏNİB - FOTO

Evdə boğularaq yanan şəxs isə içki audəçisi olduğu deyilir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Xaçmazda baş verən yanğın zamanı ölən vətəndaşın şəxsiyyəti məlum olub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğınsöndürənlər tərəfindən aşkarlanan meyidin 1980 ci il təvvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğluna məxsus olduğu müəyyən edilib.

Onun tüstüdən boğularaq öldüyü ehtimal edilir.

*** 04.00 

Bakı. 3 oktyabr. REPORT.AZ/ Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində barak tipli yaşayış evlərinin birində bu gecə baş verən yanğın nəticəsində adı hələlik məlum olmayan şəxs ölüb.

“Report” xəbər verir ki, hadisə yerinə FHN-nin Xaçmaz Yanğından Mühafizə Xidmətinin 1 Yanğınsöndürən maşını cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Dərhal sonra Xaçmaz Prokurorluğunun əməkdaşları gələrək müayinə ediblər.

Sonra Tüstüdən boğularaq və sonra yanan şəxsin meyidi Xaçmaz MR-Xəstəxanasının morquna aparılıb. Yanğın səbəbinin araşdırmalardan sonra bəlli olacağı bildirilib. Evdə boğularaq yanan şəxs isə içki audəçisi olduğu deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi