Xaçmazda avtomobillə vurulan piyada hadisə yerində öldü

Xaçmazda avtomobillə vurulan piyada hadisə yerində öldü ​​​​​​​Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
674
7 Sentyabr , 2020 13:00
Xaçmazda avtomobillə vurulan piyada hadisə yerində öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə sentyabrın 7-də saat 1 radələrində Xaçmaz rayonunun Tikanoba kəndi ərazisində baş verib.

Kənd sakini T.Vələdov “VAZ-2111” markalı avtomobili idarə edərkən yolu keçən 40-45 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi